Zaqatalada dünən axşam baş verən 6 bal gücündə zəlzələ ilə əlaqədar Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov əraziyə gedib. Nazirlə bərabər Zaqatalaya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli və əməkdaşları da yollanıb.
Real TV-yə danışan Qurban Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq.
Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib. Zaqatala İcra Hakimiyyətindən verilən məlumatra görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus tikililərdə və yaşayış evlərinin divarlarında çatlar əmələ gəlib.