Dövlət Gömrük Komitəsi iş adamlarına müraciət edib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, iyunun 9-u saat 14:00-da Bakı Baş Gömrük İdarəsində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçiriləcək.
Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin iştirakı ilə təşkil olunan görüşdə gömrük sistemində həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması tədbirləri barədə məlumat veriləcək, eyni zamanda, iş adamlarını maraqlandıran məsələlər müzakirə olunacaq.
Görüşdə iştirak etmək istəyən xarici iqtisadi fəaliyyət iştirakçıları Bakı Baş Gömrük İdarəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. Görüşdə yalnız qeydiyyatdan keçən şəxslərin iştirakı təmin olunacaq.