"Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal edilib. Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlara çağırış edərək ədalətli qərarların qəbul olunmasını istəyir. Lakin hələ də lazımi addımlar atılmır".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, araşdırmalar beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsinin universal xarakter daşıdığını göstərir: "Deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir".
Ziyafət Əsgərov bildirib ki, alyansın Bakıda keçirilməsi əlamətdar hadisədir. Onun sözlərinə görə, bugünkü dünyasda parlasmentlər arası münasibətlər və parlament diplomatiyasl mühüm rol oynayır.
Ermənistanın işğalı siyasəti nəticəsinə 20 faiz ərazimizin işğal edildiyini xatırladan Ziyafət Əsgərov ölkədə bir milyondan çox qaçqının olduğunu bildirib.
O, Alyans iştirakçılarının diqqətini Ermənistanın işğal siyasətinə çəkib.