9 İyun 2018 09:52
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil Əli Həsənova Azərbaycan Prezidentinin sammitə təbrikini çatdırdığı üçün təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Avropa və Azərbaycan arasında bundan sonra əməkdaşlığın yüksək səviyyədə olacağını deyən Yan Zaahradil sammitin Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyin ilə eyni vaxtada keçirilməsinin xüsusi önəm daşıdığını bildirib.

Azərbaycanın strateji mövqeyi mallik olduğunu deyən natiq Azərbaycanın birtərəfli və qərəzli qərarların zaman-zaman qurbanı olduğunu deyib.

O, Alyans olaraq Azərbaycanın reallığını daha yaxşı başa düşdüyünü deyib. Onun sözlərinə görə, dünən ona tədbirin hər il keçirilməsi barədə təklif gəlib.

Avropa Şurasında da Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunduğunu deyən Alyans Yan Zahradil bildirib ki, buna son qoymaq lazımdır. Onun fikrincə, sabitlik olmadan uğur qazanmaq mümkün deyil.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur: "Təəssüf ki, parlament üsul-ilarəsinə əsaslanan bu Cümhuriyyət cəmi 2 il hökm sürüb. Dünən prezident İlham Əlyiev mənimlə görüşdə bildirdi ki, 9 Avropa ölkəsi Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb. Ümid edirəm ki, bu dövlətlərin sayı artacaq. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoymaq lazımdır".

Sabitliyin önəmini vurğulayan Yan Zahradil qeyd edib ki, sabitlik olmadan uğurlara nail olmaq mümkün deyil: "Çox şadıq ki, Alyansımız da Azərbayanla sıx əməkdaşlıq edir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bizimlə sıx əməkdaşlıq edir. Biz bütün mürəkkəbliyə baxmyaraq, Azərbaycaenın yanındayıq. Bizim Alyansımızın simvolu alovlu şirdir, Azərbaycan da odlar ölkəsidir. Dünən bizə təklif edildi ki, hər il Avropada Mühafizəkarlar və İslahatçılar Alyansınının tədbirini Bakıda keçirək. Məncə, bu, uğurlu təklifdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər