9 İyun 2018 10:22
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Tramp addministrasiyasının siyasətini ciddi tənid etdik. Düşünürdük ki, cənab Tramp Meksika ilə sərhəddə divar hörəcəyini seçki qabağı təbliğat məqsədilə deyib. Ancaq sonra məlum oldu ki, bu, təbliğat yox, həqqiqətdir. Əlbəttə, ciddi narahatlıq yaradana mövqedir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində çıxışı zamanı Boliviyanın sabiq prezidenti Yorqe Quiroqa deyib.

Sabiq prezident ABŞ-ın Paris saşindən çıxmasını da "pis gediş" adlandırıb: “ABŞ Paris sazişindən çıxdı. Mən o zaman Boliviyada nazir idim. Reallıqda iqlimlə bağlı nələr baş verdiyinə baxsaq maraqlı olar. Mən gənc olanda Amozon sadəcə çay idi, "əpll" sadəcə alma yeyən qurda deyirdik. İndi dünya çox dəyişib.

Hazırda nəyimiz varsa əlimizdəki telefondadır. Əgər 20 il əvvəl biz özümüzlə bağlı bir çox şeyləri bura gətirmək haqda düşünsəydik, yəqin bunun üçün bizə 20 çamadan bəs etməzdi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər