12 İyun 2018 12:38
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamenti “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihələrini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, layihə barədə deputatlara deputat Kamran Nəbizadə məlumat verib.

O, deyib ki, birinci qanun müzakirə edilib, deputatların təklifləri nəzərə alınıb və redaktə xarakterli bəzi düzəlişlər olunub.
Deputat daha sonra deyib ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsi prezidentin təşəbbüsü ilə parlamentə daxil olub:

“Qüvvədə olan qanunun 13-cü maddəsinə beynəlxalq hüquqdan irəli gələn müvafiq dəyişikliklər edilib. Eləcə də qanunun 11, 52, 57, 55 maddələri yeni redaktədə verilib. Digər qanunlarda uyğunsuzluq təşkil etdiyinə görə, 14 və 53 maddələr bütövlükdə, digər maddələrdə isə ayrı-ayrı bəndlər tamamilə ləğv edilib”.

Fazil Mustafa deyib ki, qanun müsbətdir, amma əsas məqsədlərdən biri ictimai iştirakçılığın təmin olunmasıdır. Lakin 58-ci madədyə baxanda bunu aydın görmək olmur. Qanunla qadağan edilən digər informasiyaların içinə istənilən kateqoriyanı salmaq olar. Dövlət ekspertizasının rəyinə ictimai ekspertizanın rəyi də əlavə olunmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət ekspertizasında vətəndaşın hüququ pozula bilər”.

Deputat əlavə edib ki, ekoloji proseslərdə ictimaiyyətin aktivliyi olduqüca əhəmiyyətlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər