12 İyun 2018 12:56
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin rəhbərliyi deputatlara qarşı hər zaman diqqətli olub.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin sədri Oqtay Əsədov bildirib.

O, deputat Yevda Abramovun 70 illik yubileyi haqqında məlumatlı olduqlarını deputatların nəzərinə çatdırıb:

“Biz Yevda müəllimi Milli Məclisə dəvət etdik, onu parlamentin fəxri medalı ilə təltif etdik. Eyni zamanda cənab Prezidentin ona verdiyi ordenin əmrini Yevda müəllimə təqdim etdik”.

Xatırladaq ki, Milli Məclisin iclasında deputat Fazil Mustafa həmkarı Yevda Abramovun 70 yaşının tamam olduğunu, həmkarının Azərbaycanın maraqlarını qoruduğu, xüsusilə Xocalı soyqrımının tanınmasındakı fəaliyyətinin qiymətləndirilməli olduğunu deyib.

Deputat Vahid Əhmədov da Yevda Abramovu təbrik etdiyini söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər