12 İyun 2018 14:24
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun layihəsinə dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi barədə birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

Onun sözlərinə görə, qanuna edilən dəyişikliyə əsasən, Silahlı Qüvvələrdə qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağan edilir.

Bununla yanaşı “Siyasi partiyalar haqqında" qanuna da dəyişiklik edilib. Z.Əsgərov bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır:

“Ordunun gücləndirilməsi, dövlət sirri təşkil edən məlumatların məxfiləşdirilməsi, sərhədlərin qorunması baxımdan bu layihələr çox əhəmiyyətlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər