12 İyun 2018 16:02
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müəllim İnkişafı Mərkəzi Kembric Peşəkar İnkişaf Mərkəzi kimi akkreditasiyadan keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kembric Universitetinin Kembric Beynəlxalq Təhsil üzrə Qiymətləndirmə Bölməsi məlumat verib.

Bununla AMİM müəllimlərə İngiltərə, Uels və Şimali İrlandiyada müxtəlif səviyyəli təhsil proqramlarında iştirak etmək imkanı təqdim edəcək.

Qeyd edək ki, Kembric Peşəkar İnkişaf Kvalifikasiyasının sertifikatları 4-cü Səviyyədə 60, diplomu isə 5-ci səviyyədə 60 akademik kreditə malikdir.

Peşəkar İnkişaf Kvalifikasiyaları Proqramları (Professional Development Qualifications Programmes) təkcə mükəmməl tələbə öyrənməsini deyil, həm də müəllimlərin davamlı peşəkar inkişafı və öyrənməsinə dəyər və dəstək verərək onların bir ömür boyu öyrənənələrə çevrilməsini yardım göstərir.

Kembric Peşəkar İnkişaf Kvaifikasiyaları proqramı ərzində müəllimlər müvafiq təhsil düşüncəsi və ən yaxşı beynəlxalq təcrübələrə tənqidi şəkildə yanaşacaq, öz tədris təcrübələrinə yeni fikirlər və yanaşmalar tətbiq edəcəklər. Gələcək inkişafı planlaşdırmaq və tələbələrin öyrənməsinin keyfiyyətini yaxşılaşdırmaq üçün təcrübə və nəticələr haqqında fikir mübadiləsi aparacaqlar.

Proqram 3 tədris modulundan ibarətdir – Sertifikat bir modulu, Diplom isə əlavə daha 2 modulu əhatə edir. Hər bir modul Təlimatlı təlim, Fərdi təhsil və İş əsaslı öyrənmədən ibarətdir. Hər modul üçün 4 ay ərzində 120 saatlıq təlim və hazırlıq tələb edir.

Yeni tədris ilində Kembric Peşəkar İnkişaf Kvalifikasiyaları (Cambridge Professional Development Qualifications) proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinə müraciət etməlidirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər