12 İyun 18:48
609

Bu gün Milli Məclisdə "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Arif Rəhimzadə məlumat verib.

O deyib ki, 15 rayon üzrə 25 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi təklif edilir.

Layihədə Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi, Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışkovka kəndinin Qamışoba kəndi, Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndinin Düzqışlaq kəndi, Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndinin Kəhrizli kəndi, Göygöl rayonunun Göygöl kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsinin Ağdağ qəsəbəsi, Yeni Zod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixayılovka kəndinin Bənövşəli kəndi, Xaçmaz rayonunun Alekseyevka inzibati ərazi dairəsi tərkibindəki Alekseyevkanın Çaykənarı kəndi, Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsinin İstisu qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndinin Şıxlı kəndi, Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çıstı Klyuç kəndinin Safbulaq kəndi, Şurabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsinin Şorabad qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qazax rayonunun Çaylı kəndi inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndinin Bala Çaylı kəndi, Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndinin Çaydüzü kəndi, Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndinin Şirvanlı kəndi (ərazi vahidi də belə adlanacaq), Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndinin Viləş kəndi (ərazi vahidi də belə adlanacaq), Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astarxanovka kəndinin Çaldaş kəndi, Vladimirovka kəndinin Çayqovuşan kəndi kimi tanınması təklif olunur.

Bundan əlavə, Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndinin Nabatkənd kəndi (ərazi vahidi də belə adlanacaq), Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndinin Orta Muğan kəndi (ərazi vahidi də belə adlanacaq), Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsinin Qaraağaclı qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndinin Köbər kəndi, Lək kəndi inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndinin Sarıqaya kəndi, Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndinin Ağlavaşlı kəndi (ərazi vahidi də belə adlanacaq), Muxtariyyət kəndinin Qədimqala kəndi, Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndinin Yeni Çobankərə kəndi adlandırılılması təklif olunur.

Deputat Fazil Mustafa deyib ki, müstəqillik əleyhinə fəaliyyət göstərən şəxslərin, xüsusilə siyasətçilərin adlarının yaşayış məskənləri formasında yaşaması doğru deyil.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Müəllif: Teleqraf.com
Загрузка...