13 İyun 2018 10:46
4 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***

10:23

Bu gün səhər Bakı səmasında çoxlu qırıcı təyyarələri görünüb.

Teleqraf.com-un xəbərinə görə, hərbi təyyarələrin uçuşu paytaxt sakinlərinin marağına səbəb olub.

Məlum olub ki, "SU-25" və digər hərbi təyyarələrin cəlb olunduğu uçuşlar təlim məqsədlidir. Müdafiə Nazirliyi iyunun 26-da keçiriləcək hərbi parada hazırlıqlar görür.

Bu il Azərbaycan ordusunun yaradılmasının 100 illiyidir.


Müəllif: Teleqraf.com