13 İyun 2018 11:39
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük məntəqəsində sıxlığın aradan qaldırılması üçün sənədləşməni minimuma endirməyə çalışırıq.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Gömrük Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarov deyib.

O bildirib ki, sərhəd-keçid məntəqələrində sıxlığın qarşısının alınması istiqamətində yeniliklər davam edir: "Gömrük idarələrində sürətli keçidin təminatı üçün zəruri tədbirlər görülür".

Sənan Muxtarov qanunvericilik və struktur islahatlarının davam edəcəyini vurğulayıb: "Qanunvericilik bütün istiqamətlərdə təkmilləşdirilməlidir. Gömrük orqanlarında bununla bağlı yeni təkliflər hazırlanıb".

Sənan Muxatrov Gömrük Məcəlləsinin müvafiq olaraq 263 saylı qərarında yer alan dəyişikliklərə də toxunub: " Gömrk orqnlarında ixrac sahəsində potensialı artırmaq məqsədilə sənədləşmə işləri sadələşdirilib".


Müəllif: Könül

Oxşar xəbərlər