13 İyun 2018 13:00
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan və İran istiqamətində olan dəmir yolunda skanerlərin quraşdırılması işləri yekunlaşmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin müavini Səməd Qaralov deyib.

O bildirib ki, skanerler ölkəyə gətirilən malların sürətli yoxlanışına şərait yaradacaq: "Rusiya istiqamətində dəmir yolunda skanerlər artıq quraşdırılıb. İran və Gürcüstan istiqamətində isə son işlər görülür. Hələ ki dəqiq vaxt məlum deyil. Amma yaxın gələcəkdə skanerlərin istifadəyə verilməsi nəzərdə tutulur. Dəmir yolu skanerləri zamanı qatarların hərəkətini dayandırmadan malların sürətli yoxlanılması həyata keçiriləcək".


Müəllif: Könül