Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən PDM ekipajları döyüş vərdişlərini təkmilləşdirir.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş qabiliyyətinin artırılması məqsədilə onların çətin keçilən ərazilərdə idarə edilməsi və real şəraitdə uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.