13 İyun 2018 21:42
2 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Tamara Pletnyova rus qadınlara futbol üzrə dünya çempionatı ərəfəsində rus qızlarının qonaqlarla intim münasibətlərə girməməyi tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, “Danışır Moskva” radiosuna açıqlama verən Tamara Pletnyova 1980-ci il Olimpiadasının kədərli təcrübəsindən danışaraq qeyd edib ki, o zaman baş vermiş xəyanətlər üzündə ölkədə tənhaların sayı artmışdı.

"Mən milliyətçi deyiləm. Amma qadınlarımız uşaqların rahat böyüməsi üçün Rusiya vətəndaşları ilə evlənməlidirlər. Evli qadınlar isə ailə dəyərlərini qorumalıdırlar", deyə komitə sədri bildirib.


Müəllif: Ruslan

Oxşar xəbərlər