Bu gün DÇ 2018-də daha 3 oyun keçiriləcək.
Teleqraf.com xəbər verir ki, günün ilk qarşılaşması Yekaterinburqda Misir və Uruqvay milliləri arasında keçiriləcək. Bu oyunla “A” qrupunda birinci tura yekunlaşacaq.
“B” qrupunun ilk matçında isə cənub qoşumuz İran Mərakeşlə üz-üzə gələcək. Sankt-Peterburqda keçiriləcək bu oyunu türkiyəli hakim Cüneyt Çakır idarə edəcək.
Günün son matçında Portuqaliya – İspaniya ilə qarşılaşacaq. İspanları bu oyuna yeni baş məşqçi Fernanda Yerro çıxaracaq.
Xatırladaq ki, DÇ-nin başlamasına 2 gün qalmış Xulen Lopotegi öz postundan uzaqlaşdırılıb.
15 iyun
A qrupu
16:00. Misir - Uruqvay
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Yekaterinburq, Mərkəzi stadion
B qrupu
19:00. Mərakeş - İran
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
"Sankt-Peterburq" stadionu
22:00. Portuqaliya - İspaniya
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, "Fişt" stadionu