Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana iki günlük səfərə gəlir.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Dövlət Dumasından məlumat verilib.
Bildirilib ki, Duma sədri iyunun 24-25-də Azərbaycanda səfərdə olacaq.
Səfər çərçivəsində Vyaçeslav Volodinin Azərbaycan prezidenti və Milli Məclisin sədri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.