19 İyun 2018 18:50
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxılıb, hazırda xəstəxanada 7 nəfər qalıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlardan heç birinin vəziyyətində ağırlaşma qeydə alınmayıb.

Bakı Toksikoloji Mərkəzdən İmişliyə ezam olunan həkim briqadasının rəyinə görə, yardım olunan xəstələrdən heç birinin evakuasiyaya ehtiyacı yoxdur: "Müraciət edənlərin bir çoxu panik həyacan halında xəstəxanaya müraciət ediblər".

Hazırda xəstəxanaya olan şəxslərin yaxın saatlarda və ya sabah evə buraxılacağı gözlənilir.

Qeyd edək ki, bütün yardım olunan xəstələrdən sidik və qan analizləri götürülərək toksikoloji laboratoriyada analiz olunacaq.

***

16.45

İmişlidə pambıq sahəsində baş verən zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasına 52 nəfər müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Qafqazinfo"ya bildirib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 20-nə ambulator yardım göstərilib, digərlərinin müayinəsi isə davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər