Türkiyə Ombudsmanı Şərəf Malkoç Azərbaycana işgüzar səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, səfərdə məqsəd 20-21 iyun tarixində "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında iştirak etməkdir.
Ş.Malkoç konfransda “Ombudsman və qaçqınların sosial-iqtisadi inteqrasiyası” mövzusunda çıxış edəcək.