20 İyun 2018 15:27
1 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılması ilə bağlı açıqlama verib.

O, zəhərlənən pambıçılara görə işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib:

"Mən zəhərlənən pambıqçılara görə işdən çıxarılmamışam. Başqa işə keçəcəyim üçün öz ərizəmlə tutduğum vəzifədən ayrıldım. Çalışacağım sahə kənd təsərrüfatı ilə bağlı olmayacaq. Yeni fəaliyyət göstərəcəyim sahə də dövlət qurumlarından biri olacaq. Bu barədə yaxın günlərdə məlumat verəcəm” (Unikal.org).

***

14:50

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun sözlərinə görə, Camal Quliyevin yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, bu məlumatı ilk olaraq "Qafqazinfo" yazıb. Saytın yazdığına görə, Ələddin Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub. O, həmçinin uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

Camal Quliyevin dünən İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin zəhərlənməsi faktına görə işdən çıxarıldığı ehtimal olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər