Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Azadlıq Hərəkatının lideri, mərhum Prezident Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyi münasibəti ilə konfrans keçirib.
Teleqraf.com xəbər verir ki, konfrans ADR hərəkatının sədri Qubad İbadoğlunun açılış nitqi ilə başlayıb.
“Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi” (QASİM) İctimai Birliyinin sədri Anar Əsədli "XX əsrin sonlarında milli ideoloji mübarizənin Elçibəy formulu” mövzusunda geniş məruzə edib.
Məruzə ətrafında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Məclisin üzvü Vahid Əhmədov, Sahibkarşlığın İnkişafı Fondunun prezidenti Sabit Bağırov, şair Rüstəm Behrudi, istiqlalçı deputat Hacıbaba Əzimov, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, professor Qulu Məhərrəmli, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, prezidentin sabiq köməkçisi Oqtay Qasımov, uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl, tarixçi alim Dilavər Əzimli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmaləddin Qədim, fədakar hərəkatçı Vaqif Əlisoy, ADR Hərəkatı sədrinin müavini Məlahət Mürşüdlü və ADR Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyub çıxış edib, Əbülfəz Elçibəylə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşübər.