21 İyun 2018 18:39
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ATƏT Minsk qrupunun digər həmsədrləri Fransa və ABŞ ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli qarşısında duran məsələləri reallaşdırmaq üçün işləyir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi ilə bağlı suala cavabında deyib.

S.Lavrov bildirib ki, həmin qətnamələr döyüş əməliyyatları gedərkən qəbul edilib:

“Bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Rusiya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib. Hər kəsin razılığı ilə Minsk qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq”.


Müəllif: Mənbə/Trend