22 İyun 2018 10:08
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri paradın məşqlərini davam etdirir.

Teleqraf.com-un məlumatına görə, iyunun 22-də hərbi təyyarə və helikopterlərin Bakı şəhəri üzərində növbəti uçuşları həyata keçirilib.

Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərində olub.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.


Müəllif: Teleqraf.com