22 İyun 2018 12:33
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında möhüm dönüş ili olub".

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Belarus paytaxtı Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının 10-cu qeyri-rəsmi görüşündə deyib.

Nazir çıxışında Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı və "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.

E.Məmmədyarov qeyd edib ki, 2017-ci il Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında möhüm dönüş ili olub. XİN başçısı xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini və Aİ-nın mənzil gərərgahında keçirdiyi görüşləri vurğulayıb. Nazir Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazış üzrə danışıqların başladığını qeyd edib.

Eyni zamanda "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində nəqliyyat, enerji, İKT sahəsində əməkdaşlıq məsələlərinə toxunub.

Elmar Məmmədyarov bildirib ki, "Şahdəniz-2" layihəsi üzrə işlər 99%, Cənub Qafqaz Boru xətti 100%, TANAP 94 % və TAP layihəsi üzrə işlər isə 75 faiz başa çatıb. Tikinti işlərinin son fazası sürətlə gedir. Onun sözlərinə görə, TAP Yunanıstan hissəsi bu ilin noyabrında başa çatacaq və 2020-ci ilə qədər layihə kommersiya baxımdan hazır olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər