22 İyun 2018 13:15
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zoqrab Mnatsakanyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan özünün Tvitter hesabında yazıb.

Qısamüddətli təmas Belarusun paytaxtı Minskdə Şərqi Avropa ölkələrinin xarici işlər nazirlərinin toplantısından əvvəl baş tutub.

Tiqran Balayan gözlənilməz görüşün fotosunu da paylaşıb. Lakin o, görüşün təfərrüatı haqda danışmayıb.

Tərəflər hələlik bununla bağlı rəsmi açıqlama verməyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu