22 İyun 2018 17:07
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdə olacaqlar.

MM-dən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildir.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcəkdir. Sessiya çərçivəsində 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri, Suriyanın qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti, Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, İqtisadiyyatda qadınların bilik və bacarıqlarının artırılması, Mədəni irs abidələrinin qanunsuz satışı və dağıdılması mövzularında müzakirələr aparılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər