Yasamal Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri və icra başçısının köməkçisi işdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, icra başçısı Əziz Əzizovun imzaladığı əmrə əsasən, Rayon təsərrüfatı şöbəsinin müdiri Şahin Məmmədov və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nemət Əfəndiyev vəzifədən azad olunublar.
Digər əmrlə Seyran Həsənov Rayon təsərrüfatı şöbəsinin müdiri, Elnurə Mansurova isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.
Ə.Əzizov bir müddət əvvəl özünə köməkçi təyin etdiyi Fəxrəddin Məmmədovu da işdən çıxarıb. Həmin vəzifəyə Murad Ağayev gətirilib. M.Ağayev əvvəllər Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.
Bir neçə gün öncə, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilən Rüfət Mərdanovun vəzifəsi dəyişdirilib. İcra başçısı onu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə keçirib. Əvvəllər həmin şöbənin müdiri olmuş Zöhrab Cəfərov isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 1-də Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının bu ilin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal RİH-in başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.