24 İyun 2018 13:15
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 104 m2 olan ikimərtəbəli evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları qismən yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 3 azyaşlı yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com