Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 99 faizi hesablanıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticəyə görə səslərin 52%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan liderdir. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (26%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşener (07,45%).