25 İyun 2018 01:12
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin hazırda ilk qeyri-rəsmi nəticəsi bəlli oldu. Millətimiz mənə etimad göstərdi.

Bu sözləri Prezident Ərdoğan seçkidən sonra ilk çıxışında deyib. Ərdoğan bildirib ki, millətimə təşəkkür edirəm:

"Millətimiz özgür iradəsi ilə seçkiyə gedib, səsini verdi. Türkiyə dünyaya demokratiya dərsi verdi. Seçimə qatılan bütün namizədləri demokratik seçki prosesi münasibəti ilə bağlı təbrik edirəm. Ümid edirəm ki, heç kim məğlubiyyətini seçkilərin demokratik keçmədiyini deməklə, ört-basdır etməyə çalışmayacaq".

Ərdoğan həmçinin qeyd edib ki, xalq AKP-MHP birliyinə - Cümhur İttifaqına parlamentdə çoxluq imkanı tanıyıb.

Prezident bildirib ki, seçki öncəsi müzakirələri, iddia və bir-birinə qarşı ittihamları bir tərəfə qoyub, xalqımızın gələcəyi üçün birgə çalışma zamanıdır.

"Türkiyənin hər sahədə irəli getməsi üçün çalışacağıq. Demokratiyanı və iqtisadiyyatı inkişaf etdirəcəyik. Heç kimin haqqını tapdamayacağıq. Millətimizdən aldığımız bu dəstəklə ölkəmizin içində və çölündə xalqımıza qarşı olan terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirərəyik.
Millətimiz bu gün təkcə prezidenti və parlamenti seçmədi, həm də yeni sistemi dəstəklədi. İndi yeni sistemi daha sürətlə yerləşdirəcək, 2023 hədəflərimizi icra edəcəyik", - Ərdoğan vurğulayıb.


Müəllif: Teleqraf.com