25 İyun 2018 17:03
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı Amerika Erməniləri Milli Komitəsinin (ANCA) rəhbəri Raffi Hampariyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, səfər çərçivəsində ANCA rəhbəri Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

Görüşdə separatçı rejimlə ABŞ diasporu arasındakı münasibətlər müzakirə olunub.

Raffi Hampariyan Qarabağa diaspor və ABŞ-dan dövlət səviyyəsində ayrılan maliyyə vəsaitlərin artırılacağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər