Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncamla “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli sərəncamının1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.”.
Azərbaycan Xarici İşlər Nazirliyinə sərəncamda edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərməsi tapşırılıb.