27 İyun 2018 14:44
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə biləcək.

Teleqraf.com-un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunda əksini tapıb.

“Televiziya və radio yayımı haqqında” qanunun 2.2-ci maddəsinə əsasən, indiyə qədər teleradio yayımı sahəsində senzura yolverilməz olub. Qanunun bu maddəsinə də müvafiq dəyişiklik edilib, istisna hallar qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər