Bu gün AŞPA-nın Azad Demokratlar Qrupunun iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva ADQ-nun vitse-prezidentləri seçiliblər, daha 5 nəfər qrupun vitse-prezidenti olub.
Qənirə Paşayeva və Ülviyyə Ağayevanın vitse-prezidentliyə namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib.
Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.