15 Avqust 2014 11:20
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib.

İcra Hakimiyyətindən Teleqraf.com-a daxil olan məlumata görə, Prezident İlham Əliyevin təsdiq etdiyi proqramlar əsasında həyata keçirilən infrastruktur layihələrin icrası nəticəsində Gəncədə tam yeni bir dövr başlanıb.

Bunun əyani sübutu olaraq son 3 ildə Gəncədə həyata keçirilən möhtəşəm layihələri, sahibkarlara yaradılan əlverişli şəraiti, yeni açılan iş yerlərini, milli-mənəvi dəyərlərə verilən yüksək qiyməti, tam təmirli məktəb və uşaq bağçalarını, yeni açılan sənaye obyektlərini göstərmək olar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı hər bir Azərbaycan vətəndaşına dövlət səviyyəsində qayğı göstərildiyini və bu məsələnin ölkə başçısının daim nəzarətində olduğunu qeyd edir.

Avqustun 14-də idarə və müəssisə rəhbərlərinin də qatıldığı qəbulda bu fikirlər öz təsdiqini bir daha tapıb. Ümumlikdə 100-ə yaxın vətəndaşın müraciəti dinlənilib. Müraciətlər, əsasən, mənzil şəraitinin yaxşılaşdırılması, ev və ticarət məqsədi ilə torpaq sahələrinin ayrılması, torpaq sahəsi ilə təminat, məşğulluğun təmin olunması, müalicəyə göndərilmə, kommunal xidmətlərin yaxşılaşdırılması və s. bu kimi məsələlərdən ibarət olub. Bundan başqa, marşrut xəttinin uzadılması və yolun abadlaşdırılması, dam örtüyü ilə bağlı da qəbulda problemlər səsləndirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların şikayətlərini dinləyərək, hər bir müraciətin araşdırılması, qanun çərçivəsində həlli və nəticəsi haqda məlumat verilməsi məqsədilə tapşırıqlarını verib. Bir sıra problmlər isə yerindəcə həll edilib.


Müəllif: