Artıq gömrük proqnozları 25-30 faiz artımla həyata keçirilir. Bu da xarici tərəfdaşlarımızla iqtisadi əlaqələrin təkmilləşməsi, biznes mühitinin yaxşılaşmasına müsbət təsir edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Ziyad Səmədzadə Milli Məclisdə 2018-ci il büdcə layihəsinə dəyişiklərin müzakirəsi zamanı deyib.
Millət vəkili büdcəyə dəyişikliyin labüd olduğunu bildirib:
“Maliyyə, Vergilər, İqtisadiyya Nazirliyi və Gömrük Komitələri arasında əlaqələrdə koordinasiya hiss olunur. Bu da inkişaf imkanlarımızı artırır. Büdcə sisteminə edilən dəyişikliklər səmərənin artırılmasına xidmət edəcək. Bununla gələcək nəsillər üçün valyuta toplanmasına nail olacağıq. Biz gərək valyuta sistemini hər zaman qoruyaq. Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında sıx əlaqə olmalıdır. Bank resurslarından səmərəli istifadə etsəydik, iqtisadi durumumuz daha yaxşı olardı. Əsas çıxış yolumuz zəif inkişaf etmiş regionlara, aqrar sektora dəstəkdir. Yekun olaraq deyə bilərəm ki, gərgin büdcə müzakirələri aparıldı, lakin 2018-ci il büdcəsi Xalq Cümhutiyyətinin 100 illiyinə hədiyyə oldu. Bəzi sahələrdə itirilmiş mövqelərimizi bərpa edəcəyik”.
12.14
Milli Məclisin növbədənkənar plenar iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov bildirib ki, gündəlikdəki məsələlərin sayı artırılıb:
“İclasın gündəliyində 39 məsələ var idi. Ötən iclasdan qalan "Dövlət rüsumu haqqında" qanun da gündəliyə əlavə edilib. Bu gün 40 məsələ müzakirə ediləcək”.
Spiker bildirib ki, ilk olaraq "Dövlət büdcəsi haqqında" qanuna yenidən baxılacaq:
“Cari ilin ilk 4 ayında strateji valyuta ehtiyatı 43 milyard dollar olub. Büdcə gəlirləri proqnozdan yüksəkdir. Bu artım ilin qalan dövründə də davam edəcək. Buna görə də "Dövlət büdcəsi haqqında" qanuna dəyişiklik etmək zərurəti yaranıb”.