Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, dəyişikliyə əsasən, fiziki şəxsilərin fərdi istehlak üçün ölkəyə gətirdiyi 1.5 litir alkoqollu içki, 200 ədəd siqaret, 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0.5 karat almaz, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq aksiz vergisindən azad edilir.
Aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qaydaların tələblərini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.