"İnformasiya əldə etmək haqqında" qanuna dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, qanun layihəsinə edilən dəyişikliklər barədə vitse-spiker Bahar Muradova məlumat verib.
B.Muradova bildirib ki, "İnformasiya əldə etmək haqqında" qanunun 30.1-ci maddəsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir