Azərbaycan vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqəsi iklə təmin edilıməsi ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər təsdiq edilib.
Bu barədə millət vəkili Əli Hüseynli məlumat verib. Millət vəkili bildirib ki, bu ilin sentyabr ayından əhaliyə yenmi nəsil şəxsiyət vəsiqələri veriləcək.
“Bu qanunun qüvvəyə minməsi tarixini bir neçə dəfə dəyişmişik. Bunun da səbəbləri bəlli idi. Biometik şxəsiyyət vəsqələrinin verilməsi üçün müəyyən avadanlıqların alınmasına görə bu məsələ gecikirdir. Daxili İşlər Nazirliyindən əldə etdiyim məlumata görə artıq bu avadanlıqlar ölkəyə gətirilib. Bakı və Naxçıvan daxil olmaqla 10 regionda bu avadanlıq quraşdırılıb. Bakı və Gəncədəki iki “ASAN” xidmət mərkəzi və sentyabr ayının 1-dən Azərbaycan vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsaiqəsi ilə təmin ediləcək”.
Millət vəkilləri tərəfindən qanun layihəsi səsə qoyularaq qəbul edilib. Yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilib. Həmin qanunların bəzi müddəalarının qüvvəyə minməsi gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.