15 Avqust 2014 12:53
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İslam Partiyasının 2010-cu ildə həbs olunaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən üzvü Elmar Səmədovun cəza müddəti başa çatıb və o cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Teleqraf.com-un məlumatına görə, E.Səmədov 2010-cu il fevralın 13-də Bakının “Hacı Sultənəli” məscidində Məhəmməd peyğəmbərin vəfatı ilə əlaqədar əzadarlıq keçirəndən sonra Şəhidlər xiyabanını ziyarət etmək istərkən Elçin Abbasov, Seymur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovla birgə həbs olunub.

E.Səmədovun cəza müddəti avqustun 13-də bitib və o azadlığa buraxılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər