2 İyul 2018 09:08
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.

Teleqraf.com xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və DİN-in Baş İdarə, idarə, şöbə, bölmə rəisləri iştirak edir.

Tədbirdə Fuad Ələsgərov Prezident İlham Əliyevin Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik məktubunu oxuyub.

Məktubda qeyd olunub ki, bu tarix yalnız daxili işlər orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir: “1991-ci ildə Azərbaycan müstəqil olduqdan sonra ölkə idarəolunmaz vəziyyətdə idi. Bu, polis orqanlarına mənfi təsir göstərmişdi, kriminogen durum nəzarətdən çıxmışdı. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması dövləti uçurumdan xilas etdi. Bu gün Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkədə insan hüquqları ədalətli şəkildə qorunur. Azərbaycan polisi dövlətçiliyin qorunmasında əsas dövlət təsisatıdır. Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər