2 İyul 2018 19:22
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş material yayımlanıb.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.

Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.

Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər