Mingəçevir şəhərində məlum qəza nəticəsində hazırda əhalinin su ilə təchiz olunmasında yaranmış problem davam edir.
Bunu Teleqraf.cona-a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, Kür və Ceyranbatandakı sutəmizləyici qurğuları gücləndirilmiş rejimdə fəaliyyət göstərir. “Şollar vasitəsi ilə Bakıya su verilir, sutəmizləyici qurğular 80 faizlik rejimdə işləyir”.
Anar Cəbrayıllı bildirib ki, yaxın saatlarda Oğuz-Qəbələ su kəməri tam fəaliyyətə başlayacaq: “Amma Bakı şəhərində su təchizatında yarnmış problem günün sonuna qədər davam edəcək. Hazırda Bakıətrafı qəsəbələr və şəhərin bir sıra ərazilərinə su verilməsində problem qalır. Rayonlarda ciddi problem yoxdur. Əsas problem Bakıdadır. Şəhərin böyük bir hissəsində suyun verilməsində problem var".
"Azərsu" rəsmisinin sözlərinə görə, Mingəçevir şəhərində məlum qəza su təchizatında da problemlər yaradıb. Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb".
***
09:01
"Mingəçevir şəhərində məlum qəza su təchizatında da problemlər yaradıb. Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb".
Bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllı bildirib ki, gün ərzində suyun verilişi tam bərpa ediləcək:
"Oğuz-Qəbələ-Bakı su kəməri də nasoslarla işləyən subarteziyan quyularla qidalandığı üçün, onun da fəaliyyətində fasilə yaranıb. Həmçinin şəhərdaxili nasoslar və anbarların da fəaliyyəti dayandırılmışdı. İndi Ceyranbatanda tam rejimi bərpa etmişik. Kürdə yığım prosesini bərpa etmişik və tam rejimə keçmək üzrəyik. Oğuz-Qəbələ-Bakını da bu saatlarda qoşmağı planlaşdırırıq. Kürdən Bakıya gələn xəttin dolması 12 saata qədər vaxt aparır. Hidravlik rejimin pozulmaması, sistemdə hava qalmaması və xəttin dağılmaması üçün xəttə su mərhələli şəkildə verilir".