3 İyul 2018 10:01
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 08:32 dəqiqədən etibarən Bakı Metropoliteninin Bənövşəyi xəttində də qatarların hərəkəti bərpa edilib.

Bunu Teleqraf.com-a Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədli deyib.

Onun sözlərinə görə, artıq bütün xətlərdə qatarların hərəkəti qrafikə uyğun həyata keçirilir.

***
Hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı Metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir.

Bunu metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədli deyib.

"Bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib. Eyni zamanda, "Avtovağzal" stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib", - o əlavə edib.

B.Məmmədlinin sözlərinə görə, elektrik enerjisinin verilişi bərpa olunan kimi "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər