3 İyul 2018 15:54
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan gələn həftə Azərbaycana əliboş gəlməyəcək. Ankaradakı diplomatik qaynaqlardan əldə etdiyim məlumata görə, Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə həmişəki mövzuları müzakirə etməklə yanaşı Bakıda iki məsələni də diqqət mərkəzində saxlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, ilk növbədə Ərdoğan Qarabağ məsələsində Türkiyənini mümkün rolundan danışacaq:

“Məsələ burasındadır ki, Ərdoğan bu məsələni yenidən Rusiya Prezidenti Vladimir Putinin qarşısında qaldırmaq istəyir və ona görə də Bakıdan təkliflər gözləyir. Yəni bu iş Bakı ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Bu rəsmi Bakının da maraqlarına cavab verir. Onsuz da rəsmi Bakı Kremli münaqişənin ədalətli həllinə cəlb etmək istəyir və Ərdoğanın əlavə fəallığı ancaq işin xeyrinə ola bilər. Bir şərtlə ki, Putin həm Bakını, həm də Ankaranı eşitməyə hazır olsun.

İkincisi, Ərdoğan Xəzərin statusunun avqustda Qazaxıstanda keçiriləcək zirvə toplantısında müəyyənləşəcəyini əlində rəhbər tutaraq Transxərəz boru xəttinin tikintisini sürətləndirmək istəyir ki, Türkmənistan qazı Xəzərin dibi ilə əvvəlcə Azərbaycana, buradan isə Türkiyəyə nəql olunsun.

Ərdoğanın Bakıda müzakirə edəcəyi ikinci əsas mövzu Transxəzər boru xəttinin perspektivi olacaq. Ankara bu məsələni də ləngitmək istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər