"Paytaxtda yaranmış vəziyyətlə əlaqədar sərnişinlərdən xahiş olunur ki, avtobus gözləyərkən dayanacaqlardan yolun hərəkət hissəsinə çıxmasınlar".
Bu barədə Bakı Nəqliyyat Agentliyinin əhaliyə müraciətində bildirilir.
"Bu, həm həyatınız üçün təhlükəlidir, həm də digər avtonəqliyyat vasitələri ilə yanaşı, marşrut avtobuslarının da hərəkətinə maneə yaradaraq sıxlığa səbəb olur. Anlayışınız üçün təşəkkür edirik!", - deyə müraciətdə qeyd olunub.