Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkilini həyata keçiriblər.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.
Qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara müvafiq göstərişlər verilib.