Bu gün Bakıda Azərbaycan-Pakistan biznes forumu işə başlayıb.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov açıb.
O, iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu və getdikcə inkişaf etdiyini vurğulayıb.
"Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi getdikcə artır. Ticarət münasibətlərinin daha da inkişaf etdirilməsı üçün işçi qrupu yaradılıb. Hazırda Azərbaycanda 267 Pakistan şirkəti fəaliyyət göstərir. Onlar ölkə iqtisadiyyatına 4,2 mln. ABŞ dolları məbləğində investisiya qoyublar. Amma bu rəqəm bütün potensialı əks etdirmir. Pakistanlı sərmayədarlar Azərbaycanda biznesin inkişafı üçün yaradılmış şəraitdən maksimum yararlana bilərlər", - nazir müavini qeyd edib.