5 İyul 2018 09:14
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirdiyi müşavirə əslində bütün qurumlara bir xəbərdarlıq idi. Cənab prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından inşallah nəticə çıxaracaq.

Teleqraf.com-un məlumatına görə, bu sözləri deputat Qənirə Paşayeva qeyd edib.
Onun sözlərinə görə, dövlət başçısı xalqın məmurlara demək istədiklərinin hamısını ciddi narazılıq və sərt xəbərdaqlıqla bildirdi: “Cənab Prezident hər zaman söylədiyi “biz hamımız, məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik” yanaşmasını bu müşavirədə də ortaya qoydu. Görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər. Cənab prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. “Azərenerji” prezidentinin qəzanın səbəbləri ilə bağlı açıqlamasına isə ən gözəl cavabı cənab Prezident verdi. “Utanmalısınız” dedi. Utanmalısınız xalq və ölkə qarşısında. Xalqa nə qədər əziyyət verdiyinizdən utanmalısınız dedi. Cənab prezident vətəndaşlara təşəkkürü xüsusi vurğuladı. Kritik zamanda öz işinin öhdəsindən peşəkarlıqla gələn qurumları da vurğuladı. Çox ciddi mesajlar vardı”.
Deputat vurğulayıb ki, prezidentin insanların qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli ilə tapşırıqlarını bəzi qurumlar tezliklə həll etməlidir: “Özəlliklə isti yay günlərində bəzi yerlərdə su təhcizatı və elektrik enerjisi ilə bağlı yaranmış problemlər tez bir zamanda öz həllini tapmalıdır. Təşəkkürlər cənab prezident, hər zaman olduğu kimi bu müşavirədə də xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydunuz”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər