Rusiyanın Ermənistandakı səfiri Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazaya baş çəkib.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, səfirlə yanaşı Rusiyanın Ermənistandakı səfirliyinin nümayəndə heyəti Rusiya hərbi bazasında olub.
Rusiya hərbi bazasının komandiri polkovnik Vladimir Yelkanov qonaqları hərbi bazanın yaranma tarixi, strukturu, hazırkı fəaliyyəti, müasir hərbi texnikası ilə tanış edib.
Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildən Ermənistanın şimalında yerləşən Gümrüdə yerləşdirilib. Baza Rusiya Federasiyasının Cənubi Qafqazdakı Cənub hərbi dairəsi Rusiya Qoşunları Qrupuna tabe edilib.